Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:06

Yerevandan İraq Kürdüstanına uçuşlar davam edir


Air Armenia

İraq Kürdüstanında müstəqillik referendumundan sonra Bağdadla İraq Kürdüstanı arasında münasibətlər gərginləşsə də Ermənistan cümə günü Ərbilə təyyarə göndərməkdə davam edib.

Bağdad xəbərdarlıq edib ki, İraq Kürdüstanının paytaxtı olan Ərbilin və Süleymaniyənin hava limanları İraqın mərkəzi hakimiyyətinin nəzarətinə keçməlidir, əks halda Bağdad bütün İraq Kürdüstanı üzərində hava məkanını bağlayacaq. Türkiyə, İran və Livan bildirdilər ki, Bağdadın qərarını bəyənirlər və İraq Kürdüstanı ilə hava əlaqələrini kəsirlər.

“Ermənistan” hava yolları şirkətinin direktor müavini Gevork Khachatryan deyib ki, Yerevandan Ərbilə həftədə bir dəfə təyyarə uçur və hazırda bu uçuşlarda dəyişiklik olunmayıb və son təyyarə ötən cümə günü yola salınıb.

O bildirib ki, heç bir rəsmi müraciət almayıblar, ona görə də dəyişiklik yoxdur.

Ermənistan Mülki Aviasiya Baş İdarəsinin mətbuat katibi Satenik Hovannisyan da deyib ki, İraq Kürdüstanının hava sərhədləri bağlanana qədər reyslər davam edəcək.

Ancaq o bildirib ki, hava hüdudları bağlanan kiimi müvafiq qərar qəbul olunacaq.

Yerevan-Ərbil reysləri iyun ayından başlanıb. Ermənistan hava şirkətinin direktor müavini Khachatryan deyir ki, bu reyslərə tələbat var, xüsusilə İraq vətəndaşları buna maraq göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG