Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 11:42

Prezident Qobustandan Şamaxıya gedib


İ.Əliyev

Oktyabrın 2-si prezident İlham Əliyev «Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması» layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

«Azərsu» ASC rəhbərliyi dövlət başçısına layihə barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, bütün abunəçilər sayğacla təmin edilib.

Üstəlik, şəhərdə kanalizasiya şəbəkəsi yaradılıb, tullantı suların təmizlənməsindən ötrü 7 kilometrlik kanalizasiya kollektoru qurulub.

Sonra prezident Qobustan şəhərinə içməli suyun verilməsini təmin edən düyməni basıb.

Prezident həmçinin, Qobustanda yeni tikilmiş 100-yerlik uşaq bağçasının açılışında da iştirak edib.

Dövlət başçısı İ.Əliyev bu gün oktyabrın 2-si Qobustan rayonuna səfər edib. O, Qobustan rayonundan da Şamaxı rayonuna gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG