Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:31

Özbək yazıçını buraxıblar


Nurullo Otahonov

Özbəkistan polisi ötən həftə saxladığı yazıçı Nurullo Otahonov-u azadlığa buraxıb.

Bunu yazıçının oğlu Fayzulin Otahonov Facebook-da yazıb. Yazdığına görə, Daşkəndin Yaşnabad rayonunun polis departamentinin rəhbəri atasını oktyabrın 1-də evinə gətirib.

Otahonov-un buraxılma səbəbi bəlli deyil. Eləcə də ona qarşı cinayət işinin başlanıb-başlanmaması qaranlıq qalır.

Nurulloh Muhammad Raufhon təxəllüsüylə tanınan Otahonov iki il Türkiyədə könüllü sürgündə yaşayandan sonra sentyabrın 27-də Daşkəndə qayıdıb. Onu elə aeroportdaca polis saxlamışdı.

Yazıçının saxlanması «Bu günlər» adlı kitabıyla əlaqədar ekstremizm ittihamıyla izah olunurdu. Həmin kitabda Özbəkistanın mərhum prezidenti Islam Karimov tənqid olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG