Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 11:29

Bu gündən Nobel mükafatları elan olunur


Nobel mükafatı

Oktyabrın 2-dən Nobel mükafatlarının elan olunması başlanır. Stokholmda ilkin olaraq tibb üzrə mükafatın qalibi açıqlanacaq.

Karolin İnstitutunda yerləşən Nobel tibb mükafatı komitəsi seçimini yerli vaxtla 11:30-da elan edəcək.

Fizika, Kimya, Sülh mükafatlarının bu həftə ərzində açıqlanacağı gözlənir. İqtisadiyyat üzrə qalibin adı isə oktyabrın 9-da açıqlanmalıdır.

Adətən bilgili sayılın İsveç qəzeti «Dagens Nyheter» yazır ki, amerikalı onkoloq Dennis Slamon döş xərçəngi üzrə tədqiqatı və narkotiklərə qarşı «Herceptin» preparatına görə mükafatı ala bilər.

Bircə Nobel Sülh Mükafatı Norveçin paytaxtı Osloda təqdim olunur. Onun qalibinin oktyabrın 6-da bəlli olacağı gözlənir. Bəzilərinin fikrincə, bu mükafat 2015-ci ilin iyulunda İranın beş ölkəylə imzaladığı nüvə sazişinə verilə bilər. Bu saziş çərçivəsində Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyalar yüngülləşdirildi. Bu halda, İranın xarici işlər naziri Mohammad Javad Zarif və Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini mükafata iddialı olacaq.

Hər bir kateqoriya üzrə Nobel mükafatının dəyəri 1.1 milyon dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG