Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 11:55

Prezident yol açılışında iştirak edib


İlham Əliyev yol açılışında. Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-si Qobustan rayonu (Bakıdan 90 km aralı) ərazisində yol açılışında iştirak edib.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışı olub.

AZƏRTAC-ın xəbərinə görə, «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. O deyib ki, yolun Cəngi-Bədəlli hissəsi, layihəyə uyğun olaraq, dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27.5 metrdir.

«Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu isə həm avtomobillərin hərəkətinin normal tənzimlənməsində, həm də piyadaların təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Layihəyə əsasən, yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47.5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub», - S.Məmmədov bildirib

Günün bütün mövzuları

XS
SM
MD
LG