Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:39

Azərbaycan İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir


XİN

«Azərbaycan İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib ki, Azərbaycan mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinə tərəfdardır.

Oktyabrın 1-də İspaniyanın Kataloniya əyalətində müstəqilliklə bağlı referendum keçirilib. Verilən məlumata görə, referendumda müstəqillik tərəfdarları qalib gəlib.

Referendumda gərginliklər də yaşanıb. Polislə toqquşmalarda 800-dən çox şəxsin xəsarət aldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG