Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:52

Suriyada sentyabrda 3 min 55 dinc sakin və yaraqlı həlak olub. Bu, il ərzində bir ayda baş verən ən böyük itkidir.

Böyük Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı oktyabrın 1-də bildirib ki, ölənlərdən 955 nəfəri dinc sakinlərdir. Onlardan 207-si uşaq, 148-i qadın olub.

Suriyada altı ildir vətəndaş müharibəsi gedir, 330 mindən çox adam həlak olub, 5 milyon nəfər evindən didərgin düşüb.

Rusiyayla İran bu müharibədə Suriya prezidenti Bashar al-Assad-ı, Birləşmiş Ştatlar və Türkiyə isə fərqli üsyançı qrupları dəstəkləyir.

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşması da münaqişəyə cəlb olunub və bütün tərəflər ona qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG