Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 10:48

Oktyabrın 2-də Rusiya müxalifətçisi Aleksei Navalny məhkəmə qarşısına çıxarılacaq. O, dəfələrlə qanunsuz nümayişlərin təşkilində suçlanır. Vəkili Olga Mikhailova deyib ki, dinləmə Moskvanın Simonovski məhkəməsində yerli vaxtla saat 3-də keçiriləcək.

Navalny sentyabrın 29-da Moskva polisi tərəfindən saxlanıb. Onun Nijni-Novqorodda gedən qatara minməsinə imkan verilməyib. Orada yürüşdə çıxış edəcəkdi.

Nijni-Novqorodda isə Navalny-nin kampaniyasının koordinatoru Leonid Volkov və 10-dan çox fəal saxlanıb.

Volkov-un işinə də Simonovski məhkəməsində baxılacaq. Bunu vəkilləri «Interfax» agentliyinə söyləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG