Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Yanvar, şənbə, Bakı vaxtı 13:10

Marseldə iki qadın bıçaqla öldürülüb


Foto arxiv

Hərbi patrul hücum edən kişini güllələyib.

İnsident oktyabrın 1-i Sen-şarl vağzalında baş verib.

Polis və şahidlərin dediklərinə görə hücum edən “Allahu Əkbər” qışqırırmış.

Fransa hakimiyyəti “antiterror iqsintaqına” başlandığını bəyan edib.

Fransanın daxili işlər naziri “Tvitter” səhifəsində hadisə yerinə yollandığını yazır.

2015-ci ildə paytaxt Parisdə törədilən terror aktlarından sonra Fransada fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Həmin hücumlarda 130 nəfər ölmüşdü.

Hakimiyyət bütün ölkə boyu-hava limanları, vağzallar və turistlərin gur olduğu yerlərdə 7 minə yaxın hərbçi yerləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG