Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 04:53

1 oktyabr - Beynəlxalq Ahıllar Günüdür


Arxiv fotosu

Bu gün, oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür.

1990-cı il dekabrın 14-də bununla bağlı BMT Baş Assambleyasında qətnamə qəbul edilib.

Bu günün təsis edilməsinin başlıca məqsədi cəmiyyətin həyatında yaşlı insanların iştirakını təmin etmək, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.

Buna da bax:​ ''Sovetski'də yaşlı bir xala vardı, gedirdim, mənə süfrə açırdı...'

Rəsmi məlumatlara görə, Azərbaycanda əmək pensiyaçılarının 329,3 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 201,8 mini qadın, 127,4 min nəfəri kişidir.

Ahıl pensiyaçıların 208,6 min nəfəri 70-80, 110,9 min nəfəri 80-90 yaşlarında, 9,7 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır.

2017-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda 1,3 milyon nəfərdən çox əmək pensiyaçısı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG