Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:09

Saakashvili Odessa sakinləri ilə görüşüb


Mikheil Saakashvili

Odesaa vilayətinin keçmiş qubernatoru Mikheil Saakashvili sentyabrın 30-da Odessa sakinləri ilə görüşüb.

O, hazırkı şəhər meri Gennadi Turkhanovu korrupsiya və bacarıqsızlıqda ittiham edib.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, Saakashvilinin çıxışı onun “Feysbuk” səhifəsi ilə yayımlanıb.

“Ukrainskaya Pravda” nəşrinin məlumatına görə, Saakashvilinin çıxışından əvvəl görüşün keçirildiyi ərazidə onun tərəfdarları ilə bir qrup gənc arasında qarşıdurma yaranıb.

Amma polis bunun qarşısını alıb.

Lvov vilayət məhkəməsi ötən həftə Mikheil Saakashvilini ölkə sərhədini qanunsuz keçməkdə təqsirli bilərək,ona 130 dollara yaxın cərimə kəsib.

Ukrayna prezidenti Petro Poroshenko bu ilin iyulunda ABŞ-da səfərdə olarkən Saakashvilini vətəndaşlıqdan məhrum edib.

O, sentyabrın 10-da tərəfdarlarının dəstəyi ilə Polşa sərhədindən Ukraynanın Lvov şəhərinə keçib.

Hakimiyyəti korrupsiyaya qurşanmaqda ittiham edən Saakashvili ölkədə islahatlar aparılmasını tələb edir.

Xatırlatma

Gürcüstan hökuməti də Saakashvili-nin həbsini və ekstradisiyasını istəyir. O, 2004-2013-cü illərdə prezident olanda mənimsəmə və vəzifəsindən sui-istifadədə ittiham olunur.

Saakashvili ittihamları rədd edir.

Saakashvili 2015-ci ildə Ukraynaya gedib və Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib.

Ötən il Odessa vilayətinin qubernatorluğundan istefa verdikdən sonda Poroshenko ilə də münasibətləri pozulub və korrupsiya ilə mübarizə aparmaq üçün yeni partiya yaradaraq siyasi mübarizəyə girişib.

Günün bütün mövzuları

XS
SM
MD
LG