Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:37

Prezident Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 30-u Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, president İlham Əliyev deyib ki, iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik vədigər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. İqtisadi-ticarət əməkdaşlığı genişlənir, idxal-ixrac əməliyyatları yaxşı inkişaf dinamikasına malikdir.
Dövlət başçısı qeyd edib ki, dünyada və regionda təhdidlərin artdığı bir dövrdə iki ölkə arasında yaxın təmasların önəmi artır.

Nikolay Patruşevdə öz növbəsində təhlükəsizlik sahəsində Rusiya ilə Azərbaycanarasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb:

“Biz sizinlə görüşdən çox məmnunuq, eləcə də Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi dünən, sentyabrın 29-da isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qəbul etmişdi.

Görüşlə bağlı Azərbaycanın rəsmi qurumları məlumat yaymamışdı.

Rusiya Təhlükəsizlik Şurasının məlumatında isə bildirilirdi ki, görüşdə regional təhlükəsizlik, dini ekstremizm və terrorizmlə mübarizə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG