Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 00:03

Qar gözlənilir


Foto arxiv

Oktyabrın 1-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyiMilli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 16-18 dərəcə isti olacaq.

Sinoptiklər bildirirlər ki, oktyabrın 2-dən 4-ü gündüzə kimi Bakı və Abşeron yarımadasında arabir yağış yağacaq, yağıntı bəzi yerlərdə intensiv olacq.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysana çeviriləcəyi, dolu düşəcəyi ehtimal edilir. Gecə 10-14, gündüz 15-19, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə istitəxmin edilir.

Bəzi rayonlarda oktyabrın 1-i günün ikinci yarısından 5-nə kimi arabir şimşək çaxacağı,yağış yağacağı bildirilir. Bəzi yerlərdədolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağıntının sulu qara, qara keçəcəyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG