Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 08:08

Kaliforniya Universitetinin professoru Lütfi Zadə bu gün, sentyabrın 29-da Bakıda birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət rəsmləri, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Azərbaycan prezidenti İlham Əliyevin adından mərhumun məzarı önünə əklil qoyulub.

Lütfi Zadə sentyabrın 6-da 96 yaşında ABŞ-da vəfat edib.

Buna da bax:​ Lütfi Zadə: "Rafiq Əliyevin işdən çıxarılması iqtidarı tənqid etməsiylə bağlıdır"

Bu ilin avqustunda Lütfi Zadənin Azərbaycanda dəfn edilməsindən ötrü məsuliyyətli şəxs kimi Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim edilib. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilib.

Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Buna da bax: 'Mən İlham Əliyevi Sinqapur lideri ilə müqayisə edirəm' - Lütfi Zadə

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. Son vaxtlara kimi L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Lütfi Zadə Bakıda dəfn edilib
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG