Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 07:38

Türkiyə İranla sammit keçirməyə çağırır


Binali Yıldırım

Türkiyənin baş naziri Binali Yıldırım sentyabrın 28-də deyib ki, İran və İraq liderləriylə sammit keçirmək, kürdlərin İraqda müstəqillik referendumuna cavab tədbirlərini koordinasiya etmək istəyir.

«Yaxın gələcəkdə bir araya gələrək növbəti müddətə atmalı olduğumuz addımları koordinasiya edəcəyik. Üçtərəfli sammit istəyirik», – Yıldırım Türkiyədə jurnalistlərə deyib.

Baş nazirin ofisi onun sentyabrın 28-də İranın birinci vitse-prezidenti Eshaq Jahangiri ilə telefon söhbətində referendumu müzakirə etdiyini bildirir.

İran, İraq, Suriya və Türkiyədə böyük kürd azlığı yaşayır və illərdir muxtariyyət uğrunda mübarizə aparırlar. Regiondakı 30 milyonluq kürdün böyük hissəsi Türkiyədədir. Bu ölkə on illərdir kürdlərin PKK silahlı qruplaşmasıyla savaşır.

İraq Kürdüstanında sentyabrın 25-də keçirilən referendumda seçicilərin 92.7 faizi müstəqilliyə səs verib. Bağdad, Ankara və Türkiyə səsvermənin nəticələrini tanımaqdan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG