Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:13

Polşa Ermənistana yeni hərbi texnologiya təklif edir.


Bartosh Chihoski

Polşa Ermənistana yeni hərbi texnologiya ( know how-istehsal sirri) təklif edir.

Azadlıq Radiosu Ermənistan xidmətinin sentyabrın 27-də yaydığı məlumata görə, bunu Yerevanda keçirilən mətbuat konfransında Polşa xarici işlər nazirinin təhlükəsizlik və şərq siyasəti məsələləri üzrə müavini Bartosh Chihoski deyib.

Mənbənin yazdığına görə, Polşa tərəfi yeni texnologiya əsasında Ermənistanda istehsalla da məşğul olmaq istəyir.

“Artıq bir neçə ildir ki, müdafiə sahəsindəbirgə Polşa-Ermənistan müəssisəsi fəaliyyət göstərir və o ən qabaqçıl texnologiyalar təklif edir.Hansı ki, onu burda da istehsal etməyə hazırdır”,Chihoski deyib.

Ermənistanla Polşa artıq bir neçə ildir ki, hərbi-sənaye sahəsində əməkdaşlıq edirlər.

2014-cü ilin oktyabrında “Lyubava-Ermənistan” adlı ilk birgə hərbi-sənaye müəssisəsi açılıb.

Bu şirkət istehsalat obyektlərinin modernləşdirilməsi, müasir çoxfunksiyalı kamfulyaj texnologiyaları, dəbilqə, zirehli bədənçələr və digər hərbi avadanlıqlar istehsal etməklə məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG