Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:39

Təkcə bu il Donbasda gedən döyüşlərdə 70 dinc sakin ölüb


Ukraine – RUSSIAN Map: The situation in a combat zone at Donbas, 28Sep2017

Təkcə bu il Donbasda gedən silahlı toqquşmalarda təxminən 70 dinc sakin ölüb, 320 nəfərsə yaralanıb.

“UNİAN” agentliyinin sentyabrın 28-də verdiyi məlumata görə, bunu ATƏT-in Ukraynanın şərqindəki monitorinq missiyasının nümayəndəsi Alexander Hug Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Agentliyin məlumatına görə, təkcə son sutka ərzində separatçılar Donbasda atəşkəs rejimini 15 dəfə pozub, nəticədə Donetsk vilayətinin Jovanka qəsəbəsində 1 nəfər dinc sakin yaralanıb.

BMT-nin məlumatına görə, 3 il ərzində Ukraynanın şərqində gedən döyüşlərdə 10 mindən çox adam ölüb ki, onlardan 3 mini dinc sakinlərdir.

Kiyev və Qərb ölkələri Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

ABŞ və qərb ölkələri 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG