Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 03:00

Cavid Qurbanov: 'Bakı-Tbilisi-Qars hazırdır'


Qatar

«Bakı-Tbilisi-Qars (BTQ) yeni dəmir yolu artıq istifadəyə hazırdır».

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov belə deyib.

Bu haqda cəmiyyətin saytı xəbər verir.

Xəbərdə bildirilir ki, sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryol xəttinə ilkin baxış keçirilib.

C.Qurbanov, Gürcüstan Dəmir Yollarının sədri Mamuka Bakhtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Ahmet Arslan qatarla Tbilisidən Axalkalakiyə gediblər. Onlar dəmiryol bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olub, BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.

«Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır», - deyən C.Qurbanov bildirib ki, prezidentlərin iştirakı ilə layihənin rəsmi açılış mərasimi keçiriləcək.

Həmin mərasimdən sonra BTQ tam istifadəyə veriləcək.

Rəsmi açılış mərasimin nə zaman keçiriləcəyi hələlik açıqlanmayıb. C.Qurbanov bir ay əvvəl demişdi ki, dəmiryol xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçiriləcəyi gözlənilir. O, açılışın yubanma ehtimalının olduğunu da qeyd etmişdi.

XATIRLATMA

«Bakı-Tbilisi-Qars» (BTQ) dəmiryol xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mikheil Saakashvili və Türkiyənin ozamankı baş naziri Recep Tayyip Erdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Bu dəmir yolunun açılışı dəfələrlə ertələnib.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı ilin oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları vəsait ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Qərb dairələri BTQ-ni dəstəkləməyib. Bu layihə Ermənistandan yan keçir.

ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG