Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:30

Makedoniya rəsmilərindən NATO vədi


Nikola Dimitrov

Makedoniya NATO-ya üzvlüyünün vacibliyini göstərəcək. Bunu ölkə rəsmiləri deyir və müdafiə xərclərini artırmağa, NATO-nun Əfqanıstandakı missiyasında ölkənin rolunu artıracaqlarına söz verirlər.

Bu açıqlamalarla sentyabrın 27-də Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov və müdafiə naziri Radmila Sekerinska Brüsseldə çıxış edib. Bu arada baş nazir Zoran Zaev hökuməti ölkənin NATO və Avropa Birliyinə qoşulması yönündə sürətli irəliləyişə çalışır.

«Bu gün ona görə burdayıq ki, Makedoniyanın NATO-nun 30-cu üzvünə çevrilməsinin vacibliyinə daha çox səbəb göstərək, alyansı buna inandıraq. Qlobal və regional təhlükəsizlik yükünü paylaşmışıq və gələcəkdə bunu daha da təkmilləşdirəcəyik», – Dimitrov NATO qərargahında jurnalistlərə deyib.

Makedoniyada səsyazma qalmaqalı ucbatından başlanan siyasi çaxnaşma ölkənin AB və NATO üzvlüyü yolunda irəliləyişini səngidib.

Zaev-in koalisiyası mayda hakimiyyətə gəlib və ölkənin Avropaya inteqrasiyasını sürətləndirməyə boyun olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG