Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

İŞİD-in qətlə yetirdiyi iranlı əsgər dəfn olunub


Mohsen Hojaji-nin dəfn mərasimi

Tehranda minlərlə iranlı «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının Suriyada başını kəsdiyi əsgərin dəfn mərasiminə axışıb. Onlar əllərində Mohsen Hojaji-nin fotolarını və şəhidlik simvolu sayılan qırmızı bayraqlar tutublar.

Sentyabrın 27-də keçirilən dəfn mərasimində parlamentin spikeri Ali Larijani, digər tanınmış şəxslər də iştirak ediblər.

25 yaşlı Hojaji İslam İnqilab Keşikçiləri Qvardiyasının üzvü olub, avqustun əvvəlində İraqla sərhəddə pusquda ələ keçirildiyi bildirilir. İran mediası iki gün sonra onun başının kəsildiyini yazıb.

Onun saxlanma anının təsvirlərində göstərdiyi sakitlik və əzm həmvətənlərinin dəstəyinə səbəb olub.

Qvardiya Hojaji-nin meyitini xüsusi razılaşmayla əldə edib. İŞİD yaraqlılarına Suriyanın Livanla sərhədini boşaltmağa icazə verilib.

İran Suriyada vətəndaş müharibəsində prezident Bashar al-Assad-ı dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG