Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:38

Nazir: ‘Turistlər Azərbaycanda 1 milyard manatdan çox xərcləyib’


Dünya Turizm Günü. Bakı, İçəri Şəhər. 27 sentyabr, 2017

“Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Azərbaycanda turistlərin istirahəti üçün hər bir şərait mövcuddur”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün, sentyabrın 27-də keçirdiyi mətbuat konfransında belə deyib.

Nazir turizm sahəsində görülən işlərdən danışıb.

Buna da bax:​ 27 sentyabr- Dünya Turizm Günüdür

Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycana 2 milyon 248 min turist gəlib. Bu ilin 8 ayında isə onların sayı 1 milyon 818 min nəfər olub.

Nazirin deməsinə görə, bu ilin yeddi ayında turistlərin bank əməliyyatları ötən illə müqayisdədə 97 faiz artaraq 703 milyon manatı keçib. Turistlər ümumilikdə 8 ayda Azərbaycanda 1 milyard 300 milyon manat xərcləyiblər.

İkinci Şoppinq Festival keçiriləcək

Nazir həmçinin, Azərbaycanda növbəti Shopping Festival-ın keçiriləcəyini bildirib.

Buna da bax: Bakıda Turizm Günü festivalı

“İkinci Şopinq Festivalın oktyabrın 15-dən noyabrın 15-dək keçirilməsi nəzərdə tutulur. İkinci festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngindir”, - deyən nazir əlavə edib ki, festival birincidən iştirakçı şirkətlərin və məhsulların çeşidinə görə, fərqlənəcək.

Xatırlatma

Sentyabrın 27-si Dünya Turizm Günüdür. Həmin gün, Azərbaycanda bu sahədə çalışanların da peşə bayramı kimi qeyd edilir.

Prezident İlham Əliyev ötən ilin sentyabrında bununla bağlı sərəncam imzalamışdı.

Buna da bax:​ Qəbələdəki otellərin gəliri kəskin artıb

Azərbaycanda ilk Şoppinq Festival bu ilin əvvəlində keçirilib. Həmin festivallar prezidentin 2016-cı ildə imzaladığı “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncama əsasən düzənlənir.

Ancaq birinci festivalda gözlənilən vəsaitin əldə edilmədiyi bildirildi. Təşkilatçılar əvvəlcə bəyan etmişdilər ki, onlar festivaldan 50 milyon manat qazanc gözləyirlər. Sonra isə cəmi 5,6 milyon manat əldə edildiyi bildirildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG