Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 21:12

Ermənistanlı şahmatçı Aronian Tbilisidə keçirilən dünya kubokunun qalibi oldu


Liren Ding və Levon Aronian

Ermənistanlı şahmat ustası Levon Aronian Tbilisidə keçirilən şahmat üzrə dünya kubokunun qalibi olub.

O, finaldan sonra keçirilən tay-brekdə çinli şahmatçı Liren Ding-i məğlub edib.

Aronian tay-brekdə keçirilən hər iki görüşdə qalib gəlib.

Bundan əvvəl final mərhələsində keçirilən 4 görüş heç-heçə olub.

Hər iki şahmatçı dünya kubokunun finalına çıxmaqla 2018-ci ildə Berlində keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıblar.

Berlin çempionatı martın 10-28 arası keçiriləcək.

Tbilisi turnirində müxtəlif ölkələrdən 128 şahmatçı iştirak edib.

Qeyd edək ki, turnirin sponsoru SOCAR-dır.

Günün bütün mövzuları

XS
SM
MD
LG