Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:57

Vigenin: "Münaqişənin belə qalması qəbuledilməzdir"


Kristijan Vigenin
Kristijan Vigenin

“Status kvo qəbuledilməzdir”. Bunu ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana iki günlük səfərini başa çatdırarkıən deyib.

ATƏT PA-nın yaydığı məlumatda deyilir ki, Vigenin Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyəti fəalları və Masazırda yaşayan məcburi köçkünlərlə görüşüb.

Məlumatda Vigeninin sözləri sitat gətirilir: “ Yaddan çıxartmamalıyıq ki, Qarabağ münaqişəsi dağıdıcı təsiri göstərməkdə davam edir – bu status kvo sadəcə olaraq məqbul deyil”.

Vigenin deyir ki, “mən bu faciəvi məsələni siyasi liderlərin gündəliyində saxlamağa çalışıram”.

Vigeninin Azərbaycana səfəri onun Cənubi Qafqaz ölkələrinə bir həftəlik səfərinin əvvəlidir. O, Ermənistana və Gürcüstana da gedəcək.

Vigenin deyib ki, dünya oyanıb, münaqişəyə diqqəti hər dəfə böyük qarşıdurma yarananda yetirir. Ancaq sülh belə vaxtaşırı cəhdlərlə əldə oluna bilməz. Davamlı sülh üçün ən yüksək siyasi səviyyədə daimi diqqət lazımdır.

Vigenin deyir ki, münaqişənin müharibə yolu ilə həlli yoxdur, o, ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir, ancaq bildirir ki, sülhə nail olmaq Ermənistan və Azərbaycan hökumətlərtinin üzərinə düşür.

Vigenin regiona səfərinin yekunları haqda ATƏT PA -na oktyabrın 4-də hesabat verəcək və konkret təkliflərini bildirəcək.

Vigenin Bolqarıstanın keçmiş xarici işlər naziridir və hazırda ATƏT PA-da deputatdır.Vigenini Cənubi Qafqaz üzrəXüsusi Nümayəndə vəzifəsinə2016-cı ildə ATƏT PA-nın sədri təyin edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG