Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 20:46

James Mattis Kabilə qəfil səfər edib


James Mattis

ABŞ-ın müdafiə naziri James Mattis və NATO-nun baş katibi Jens Stoltenberg sentyabrın 27-də Əfqanıstan paytaxtı Kabilə qəfil səfərə gediblər.

Əfqanıstandakı NATO missiyasının sözçüsü, kapitan William Salvin deyib ki, Mattis və Stoltenberg Əfqanıstan prezidenti Ashraf Ghani, bu ölkədəki ABŞ komandirləri və əsgərləriylə görüşəcəklər.

Onların ABŞ səfirliyində də görüşlərə qatılacağı, Ghani ilə birlikdə mətbuat konfransı keçirəcəyi bildirilir.

Görüşlərdə yeni ABŞ-Əfqanıstan strategiyasının icrasının müzakirə olunacağı gözlənir. Həmin strategiyanı prezident Donald Trump ötən ay elan edib. Trump-ın planına görə, Birləşmiş Ştatlar Əfqanıstana 3 mindən çox əlavə hərbçi göndərəcək. Hazırda bu ölkədə ABŞ-ın 11 min hərbçisi var.

Ancaq tənqidçilər bu əlavə personalın əvvəlkilərin görə bilmədiyi hansı işin öhdəsindən gələcəyinə dair suallar qaldırırlar. Çünki daha öncə ABŞ-ın Əfqanıstanda hərbçilərinin sayı 100 min nəfərə çatırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG