Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:40

Avropa Məhkəməsi qərarlarının Azərbaycanda icra mexanizmi dəyişə bilər


Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının Azərbaycanda icra mexanizminin dəyişdirilməsi Milli Məclisdə yenidən gündəmə gəlib. Parlamentin payız sessiyasında bununla bağlı qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Konstitusiya qanunu layihəsi “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” adlanır.

Buna da bax:​ Avropa Məhkəməsi Yunusların mülkiyyət şikayətini araşdırır

Deputat Fazil Qəzənfəroğlu açıqlamasında sözügedən layihənin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil edildiyini bildirib.

Deputat həmçinin, layihənin plana daxil edilməsinin, onun mütləq müzakirəyə çıxarılacağı anlamına gəlmədiyini də ifadə edib. Layihəyə payızda baxılması da, növbəti sessiyaya saxlanması da mümkündür.

Sözügedən qanun layihəsi insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycanın üzv olduğu dövlətlərarası qurumların qərarlarının icrası qaydalarının dəyişdirilməsinı nəzərdə tutur.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı daha çox AİHM, Avropa Şurası, BMT ilə əməkdaşlıq edir.

Buna da bax:​ Yeni hesabat: Gürcüstanda sürgündə yaşayan azərbaycanlılar

Son dönəmlərdə AİHM-in REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla bağlı çıxardığı qərarın icrasında problemlər yaranıb. AİHM, hələ 2014-cü ildən İ.Məmmədovun azadlığa buraxılması ilə bağlı qəarar versə də, bu icra edilməyib.

Xatırlatma

Belə bir qanun layihəsi təklifi 2016-cı ildə də gündəmə gəlmişdi. Qanun layihəsini bitərəf deputat Rəfael Cəbrayılovun hazırladığı bildirilirdi.

Layihənin bütün detalları bəlli deyil. Ancaq sənəddə Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının Konstitusiya Məhkəməsinin rəyindən sonra qüvvəyə minməsinin təklif olunduğu bildirilir.

Buna da bax:​ Deputat: “Buyursunlar beynəlxalq məhkəməyə müraciət etsinlər”

Eyni məzmunda müzakirələr Rusiyada, hələ, 2015-ci ilin sonlarında başlamışdı.

Həmin ilin dekabrında Rusiyanın Konstitusiya Məhkəməsinə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG