Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 13:50

ABŞ-ın ticarət missiyası Azərbaycana gəlir


ABŞ Dünya Ticarət Mərkəzi

ABŞ-ın ticarət missiyasının Azərbaycana səfəri gözlənir. Səfərin oktyabr ayının 16-dan 18-nə kimi çəkəcəyi bildirilir.

Səfəri ABŞ səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası təşkil edir.

Bu heyətin, indiyədək Azərbaycana səfər edən missiyaların ən böyüyü olduğu deyilir.

Missiyaya ABŞ və dünyanın bir sıra korporasiyalarını təmsil edən 30 nümayəndənin daxil olduğu bildirilir.

Buna da bax:​ R.Sekuta: 'ABŞ güclü, müstəqil və demokratik Azərbaycan görmək istəyir'

Səfər çərçivəsində missiya üzvlərinin Azərbaycanda dövlət qurumları, yerli şirkətlər, investisiya agentlikləri və beynəlxalq təşkilatlarla bir sıra görüşlər keçirməsi planlaşdırılır.

Ümumilikdə, səfər müddətində 120-dən çox işgüzar görüşün təşkili nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG