Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:26

USAID Cocuq Mərcanlıda proqrama başlayıb


Cocuq Mərcanlı kəndi

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqrama başlayıb.

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyinin USAİD-la birgə açıqlamasında bildirilir.

Açıqlamada yazılır ki, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAID-ın missiya rəhbəri Mikaela Meredisin kəndə etdiyi səfərdən sonra mümkün olub.

Buna da bax:​ ANAMA: 'Cocuq Mərcanlı minalardan təmizlənib'

2017-ci ilin fevralında M.Meredis hökumətin təşkil etdiyi səfər zamanı Cocuq Mərcanlıda olub

USAID-ın tövsiyəsinə əsasən Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Sosial İqtisadi İnkişaf Fəaliyyəti layihəsi icrasını əlaqələndirən Şərq Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadı bərpaya olan ehtiyacları müəyyənləşdirib.

2017-ci ilin iyunun 29-da EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımdan yardım imkanlarını qiymətləndirib. Kənd sakinləri onlardan yem emalı məntəqəsinin inşasında yardım etməsini xahiş edib.

Buna da bax:​ Qarabağa 'qayıdış planı', yoxsa şou?

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. Ancaq uzun müddət bu kənddə yaşamaq təhlükəli sayılıb. 2016-ci il aprel döyüşlərində Azərbaycan ordusu Lələtəpə yüksəkliyini azad etdikdən sonra bu təhlükənin aradan qalxdığı açıqlanıb.

Prezident İlham Əliyev bu il yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon, kəndin yol çəkilişindən ötrü isə 4.3 milyon manat ayrılıb.

Prezidentin iyunun 15-də imzaladığı sərəncama görə, həmin kənddə bərpa işlərinin davam etdirilməsi məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əlavə 9 milyon manat ayrılıb. Kənddə 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG