Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 18:21

ATƏT nümayəndəsi: ‘Qarabağ probleminin həllinə nail olmalıyıq’


ATƏT

“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq”.

AZƏRTAC-ın xəbərinə görə, Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristijan Vigenin bu gün, sentyabrın 26-sı Milli Məclisin sədrinin müavini Bahar Muradova ilə görüşündə belə deyib.

O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində duran olduqca böyük önəm kəsb edən məsələdir.

Buna da bax:​ ATƏT PA-nın xüsusi nümayəndəsi köçkünlərlə görüşüb

Bahar Muradova isə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir. Ona görə də bütün ölçülər üzrə imkanı və mandatı olan şəxslər problemin həllinə ciddi töhfələr verməlidirlər.

Görüşdə Azərbaycanın ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əlaqələrinə toxunulub. B.Muradova Azərbaycanın bu əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.

Xatırlatma

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristijan Vigenin sentyabrın 25-i Azərbaycana gəlib.

Buna da bax: Sarkisian BMT-də Qarabağa iddialarını səsləndirir

K.Vigenin Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Habelə, O, Masazırda məskunlaşan Zəngilan və Cəbrayıl rayonlarından olan köçkünlərlə də görüşüb. Onun vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşü gözlənir.

ATƏT PA-nın rəsmisi Azərbaycandan Gürcüstan və Ermənistana səfər edəcək.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax:​ Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının iclasında çıxış edib

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib.

Buna da bax:​ Həmsədr: 'Ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır'

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG