Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 18:04

UEFA Çempionlar Liqasında mübarizə aparan Azərbaycanın «Qarabağ» klubunun rəqibi - İtaliyanın «Roma» komandasının oyunçuları bu gün, sentyabrın 26-da Bakıya gəlib.

«Roma» klubunun rəhbərliyi Bakıya 19 oyunçu gətiriblər. Bunlar- qapıçılar Alisson Becker, Łukasz Skorupski, müdafiəçilər Juan Jesus, Aleksandar Kolarov, Federico Fazio, Bruno Peres və Kostas Manolas-dır.

Habelə, heyətə yarımmüdafiəçilərdən Radja Nainggolan, Kevin Strootman, Lorenzo Pellegrini, Daniele De Rossi, Maxime Gonalons, Alessandro Florenzi və Gerson daxildir.

'Roma'nın futbolçuları Bakıda
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

İtalyanların hücumçuları sırasında isə Diego Perotti, Edin Dzeko, Çengiz Ünder, Gregoire Defrel və Stephan El Shaarawy yer alır.

İtalyanlar yerləşdikdən sonra günün sonunda Bakı Olimpiya Stadionunda məşqə çıxacaqlar.

«Qarabağ» - «Roma» oyunu sabah, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

Qarşılaşmanı portuqaliyalı hakimlər briqadası idarə edəcək.

«Qarabağ» və «Roma» klubları Çempionlar Liqasının C qrupunda mübarizə aparır. Qrupda ikinci turun oyunları oynanılacaq. «Qarabağ» ilk oyunda Londonun «Çelsi» klubuna böyük hesabla (6:0) məğlub olub. «Roma» isə ilk oyunda qrupun digər iddialı klubu - Madrid «Atletiko»su ilə qolsuz heç-heçə oynayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG