Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 18:11

Müdafiə nazirliyinin tarixində ən böyük rüşvət


Rusiyanın müdafiə nazirliyi

Rusiyanın istintaq komitəsi Müdafiə nazirliyinin tarixində ən böyük rüşvət məsələsini araşdırır.

Bu barədə sentyabrın 26-da “Kommersant” məlumat yayıb.

Mənbənin yazdığına görə, söhbət 368 milyon rubldan gedir.

Bu məbləğdə rüşvəti məhz nazirliyin ərzaq idarəsi texniki təminat şöbəsinin rəisi Aleksandr Vakulin alıb.

O, bunun əvəzində xüsusi texnika alınması ilə bağlı müqavilə bağlanmasına kömək edib.

İstintaq komitəsinin diqqətini ümumilikdə 2,2 milyard rublluq 12 müqavilə çəkib.

Nazirlik bu müqavilələri bir neçə təşkilatla imzalayıb.

Müqavilələr əsasən sistern yük maşınları, hərəkət edən çörək sexləri və qoşqulu mətbəxlərlə bağlıdır.

Vakulin barəsində dekabrın 29-dək həbs qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG