Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:56

ABŞ prezidenti təhsillə bağlı memorandum imzalayıb


Donald Trump

ABŞ prezidenti Donald Trump bazar ertəsi yüksək keyfiyyətli elmi-texniki təhsil və komuter texnologiyaları elminə çıxışın genişləndirilməsini nəzərdə tutan memorandum imzalayıb.

Ağ evdə keçirilən mərasimdə təhsil naziri Betsi Devos, əmək naziri Akex Akosta, prezidentin müşaviri İvanka Trump və bir sıra məktəblərin şagirdləri iştirak edib.

Prezident qeyd edib ki, ölkədə qızlar, qadınlar və hər bir uşağa təhsil lazımdır.

Donald Trump əmək sahəsində dəyişikliklər olduğunu bildirib və qeyd edib ki, bütün vətəndaşlarımızı yaxşı iş yerləri ilə təmin etmək üçün yeni yollar açmaq lazımdır.

“Mənim administrasiyam uşaqlarımız-xüsusilə də sosial cəhətdən əlverişsiz rayonlarda yaşayan uşaqların təbii elmlər, texnologiya, mühəndislik və riyaziyyat sahəsində yüksək keyfiyyətli təhsilə çıxışına imkan yaratmaq üçün bütün mümkün vasitələrə əl atır.

Prezident deyib ki, təhsil nazirliyi bu məqsədə illik 200 milyon dollar ayıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG