Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 00:22

Rusiya "İslam dövləti" qrupunun mövqelərini belə vurdu (Video)


Rusiya "Islam dövləti" qrupunun mıvqelərini vurub
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Rusiya "Islam dövləti" qrupunun mıvqelərini vurub

Rusiyanın müdafiə nazirliyi Suriyanın İdlib əyalətində “İslam dövləti” qrupuna məxsus zirehli texnikaların havadan vurulmasının videosunu yayıb.

Videoda yaraqlıların yeraltı bazaları, sursat anbarları, zirehli texnikaları, reaktiv qurğuları və “cihadmobil” emalatxanasına zərbələr endirildiyi görünür.

TASS agentliyinin müdafiə nazirliyinin nümayəndəsi İgor Konashenkov-a istinadla verdiyi məlumata görə, bu obyekt və hərbi texnikalardan sentyabrın 18-də Hama əyalətində Rusiya hərbi polisinin mövqelərinə hücumda istifadə edilib.

Həmin görüntüləri Reuters agentliyi də yayıb.

Qeyd edək ki, Rusiya Suriya müharibəsində president Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə üsyançılarn tərəfini saxlayır.

Eyni zamanda Rusiya ilə ABŞ “İslam dövləti” qrupuna qarşı birgə mübarizə aparırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG