Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:01

Sentyabrın 26-da İordan çayının Qərb sahilində bir fələstinli İsrail polisinə atəş açıb, üç nəfər ölüb, bir nəfər yaralanıb. Polis həmin fələstinlinin öldürüldüyünü bildirir.

«Terrorçu Har-Adarın arxa darvazasından fələstinli işçilərlə birlikdə keçib... silahı çıxarıb və atəş açıb», – polis bildirib.

Polis fələstinlinin aldığı yaralardan dünyasını dəyişdiyini bildirir.

Yaralanmış israilli isə ağır durumda xəstəxanaya yerləşdirilib.

Qüdsün şimal-qərbindəki Har-Adar yaşayış məntəqəsi Fələstin kəndləri boyunca yerləşir. İki il öncə burda zorakılıq dalğası başlamışdı.

Son aylar zorakılıq səngiyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG