Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:41

Vəkil: 'Satirik şairin ürəyi ağrıyır, müalicə etmirlər'


Həbsdəki satirik-şair Tofiq Həsənli

“Həbsdəki satirik-şair Tofiq Həsənlinin səhhətində problemlər var”

Bunu AzadlıqRadiosu-na onun vəkili Elçin Sadıqov deyib.

Vəkil ötən həftə sonu 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan satiriklə görüşüb.

“Tofiq Həsənlinin səhhətində problemlər var. O, kəskin ağrılardan əziyyət çəkir. Ürək nahiyəsində kəskin ağrıları var. Eyni zamanda əlləri və ayaqları tez-tez qıc olur”, – vəkil bildirib.

Buna da bax:​ Satirik şairin işgəncə iddiasına yenə 'yox' deyildi

Onun sözlərinə görə, T.Həsənlinin müalicə və müayinə edilməsindən ötrü gərəkli qurumlara müraciət edilib.

“Amma təəssüflər olsun ki, indiyədək bu istiqamətdə heç bir addım atılmayıb”, – deyə vəkil vurğulayıb.

Vəkil T.Həsənlinin mənəvi cəhətdən möhkəm olduğunu da qeyd edib.

Vəkilin bu açıqlamasına, Hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: 'Ombudsman satirik şairin işgəncə iddiasını araşdırmayıb'

XATIRLATMA

Satirik şairi Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya və kassasiya şikayətləri də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də O, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli “Facebook” və “Youtube” hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında O, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG