Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:27

Merkelin alyansı keçən seçkilərdən 8 faiz az səs topalyır


Merkel

Almaniya kansleri Angela Merkel etiraf edib ki, seçkilərdən sonra koalisyon hökumət yaratmaqda böyük çətinlikləri olacaq.

Merkelin başçılıq etdiyi Xristian Demokrat partiyası ilə Xristian Sosial Birliyinin alyansıseçkiləri udsa da və bazar günü parlament seçkilərində ilkin nəticələrə görə 33,5 faiz səs toplasa da bu, 2013-cü ilin seçkilərindəki 41,5 faiz səsdən xeyli azdır.

Merkel koalisiyaya getməyib, azlığın hökumətini yaratmaq fikrini rədd edib.

Ötən dəfəki seçkilərlə müqayisədə8 faiz itirən Merkel indi Yaşıllarla və biznes tərəfdarı Azad Demokratlarla koalisiya qurmağa çalışa bilər.

Yaşıllarla danışıqları asanlaşdıran onların bundan əvvəlki tərəfdaşı Sosial Demokratların da xeyli az səs toplamasıdır -20,5 faiz.

Ən çox səs toplayan 3-cü partiya yerinəifrat sağçı Almaniya Alternativi çıxıb- 13 faiz.

Merkel deyib ki, bu partiyaya səs verənlərin narahatlığına qulaq asmaq lazım gələcək.

Alternativ Almania anti-islam, anti-Avropa Birliyi mövqelərindən çıxış edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG