Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:54

Suriyada rusiyalı general öldürülüb


Suriya Rusiya hərbi bazası

Rusiya Müdafiə Nazirliyi Suriyada hökumət qüvvələrinə müşavirlik edən generallarından birinin öldürüldüyünü bildirir.

TASS agentliyi sentyabrın 24-də nazirliyə istinadla yazıb ki, general leytenant Valery Asapov Deyr əz-Zor şəhərində qətlə yetirilib. Onun «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının açdığı atəşdən ölümcül yaralandığı qeyd olunur.

Nazirlik onu da vurğulayıb ki, Asapov xidmətinə görə ölümündən sonra mükafatlandırılacaq.

Rusiyayla Birləşmiş Ştatlar Suriya müharibəsində qarşı tərəfləri müdafiə edir, ancaq hər ikisi ölkənin şərqində, İraq yaxınlığında İŞİD yaraqlılarına qarşı irəliləyir.

Deyr əz-Zor şəhərində hücumda Rusiya hökumət qüvvələrinə yardım göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG