Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:53

Lavrov: “Pxenyanın nüvə bombası olduğuna görə ABŞ ona hücum etməyəcək”


Sergei Lavrov

“Pxenyanın nüvə silahı olduğuna görə ABŞ Şimali Koreyaya zərbə endirməyəcək”.

RİA Novosti-nin sentyabrın 24-də verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

Mənbənin yazdığına görə Lavrov qeyd edib ki, ABŞ İraqa qarşı hərbi kampaniyaya başlayanda əmin idi ki, orda kütləvi qırğın silahı qalmayıb. Koreyaya gəldikdə isə “onlar dəqiq bilirlər ki, Pxenyanda nüvə bombası var” Lavrov deyib.

Qazeta. ru saytı isə yazır ki, Lavrov NTV televiziyasına həmin müsahibəsində bunları deyərkən qey edib ki, Şimali Koreyanı müdafiə eləmir, “praktiki hamının razılaşdığı” vəziyyətdən danışır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu günlərdə BMT-nin Baş Assambleyasında deyib ki, əgər Şimali Koreya ölkələrin təhlükəsizliyini hədələməkdə davam eləsə, ABŞ bu ölkəni məhv etməyə hazırdır, amma prezident ümid etdiyini bildirib ki, buna ehtiyac olmayacaq.

Öz növbəsində Şimali Koreyanın xarici işlər naziri buna cavab olaraq Trump-ı “psixi xəstə” adlandırıb və qeyd edib ki, bu cür adama nüvə silahı tapşırmaq olmaz.

Şimali Koreya lideri Kim Jong Un isə Donald Trumpı “xərifləmiş” adlandırıb və deyib ki, ABŞ Trump-ın dediklərinə görə cavab verəcək.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın 6-cı və indiyədək ən güclü nüvə sınağına görə bu yaxınlarda Pxenyana qarşı sanksiyaları daha da gücləndiridi.

Bu, 2006-cı ildən Şimali Koreyanın ballistik raket və nüvə sınaqları ilə bağlı yekdilliklə qəbul edilmiş 9-cu qətnamədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG