Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:58

DTX rəisi : “900 azərbaycanlı İŞİD-ə qoşulub”


Mədət Quliyev

Azərbaycandan 900 şəxsin "İslam Dövləti" terror təşkilatına qoşulduğu bildirilir.

Bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mədət Quliyev onlardan 85-nin hazırda həbsdə olduğunu deyib:

“195 nəfər isə vətəndaşlıqdan çıxarılıb”.

Məlumatı APA yayıb.

DTX rəisi bildirib ki, müəyyən azərbaycanlılar İŞİD-in ( İraq Şam İslam Dövləti) qara təbliğatına inanıblar, bəzi vətəndaşlar da onlara qoşulublar.

Mədət Quliyevin sözlərinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları da olub:

“Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

Bu günlər bir sıra KİV-lərdə İŞİD-dən təmizlənən ərazilərdə Azərbaycandan olan uşaqlardan reportajlar yayıblar.Həmin uşaqların valideyinləri həlak olduğundan yiyəsiz qaldıqları bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG