Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:38

ABŞ Azərbaycandan siyasi fəalların azadlığını istəyir


İlqar Məmmədov

ABŞ Azərbaycandan siyasi fəalların azadlığını istəyir

Sentyabrın 22-si ATƏT-in Varşavada keçirilən “İnsan İnkişafı-2017” adlı Forumunda ABŞ nümayəndə heyəti bir sıra ölkələrdə insan haqlarının pozulması ilə bağlı bəyanat yayıb.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, bəyanatda Azərbaycanla bağlı məqamlar da yer alır:

“Biz keçən həftə Azərbaycanda sonuncu müstəqil informasiya agentıyi olan “Turan”-ındirektoru Mehman Əliyevin həbsdən azad olunmsını alqışlamışdıq. Biz həmçinin, müxalifətçi Natiq Cəfərli üzərindən ittihamların götürülməsini, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlininazad olunmasını alıqşlayırıq.

Biz hakimiyyəti Mehman Əliyevə qarşı bütün ittihamları, onun ölkədən çıxışına qoyulan məhdudiyyəti, götürməyə çağırırıq. Eyni addımlar təhqiqatçı-jurnalist Xədicə İsmayıl və vəkil İntiqam Əliyev lə də bağlı atılmalı, onların da ölkədən çıxışına qoyulan məhdudiyyət götürülməlidir”

Bəyanatda REAL Hərəkatının lideri İlqar Məmmədovvə başqa siyasi məhbus sayılan şəxslərin də azadlığa buraxılması istənilir.

Xatırlatma

Azərbaycanın yerli hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, ölkə həbsxanalarında hazırda təqribən145 civarında siyasi məhbus var.
Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG