Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 10:59

İran yeni ballistik raketin sınağını keçirib


Foto arxiv

İran Vaşinqtonun xəbərdarlığına baxmayaraq yeni ballistik raketin sınağını keçirib.

Bu barədə sentyabrın 23-də İranın İRİB dövlət televiziyası məlumat verib.

Qeyd edək ki, Vaşinqton bu günlərdə İranla nüvə sazişindən imtina etməyə hazır olduğunu bəyan edib.

İran sınaqdan keçirilən “Xürrəmşəhr” raketini sentyabrın 22-də Tehrandakı hərbi paradda nümayiş etdirmişdi.

Məlumata görə, raket 2 min kilometrlik məsafəni vura bilir və bir neçə başlıq daşıya bilər.

Amma dövlət televiziyası sınağın nə vaxt keçirildiyinə aydınlıq gətirmir.

Hərcənd İran rəsmisi sentyabrın 22-də raketin yaxın vaxtlarda sınaqdan keçiriləcəyini bildirimişdi.

Ölkə prezidenti Hassan Rouhani İran-İraq müharibəsinin növbəti ildönümü münasibətilə keçirilən paradda çıxış edərkən deyeb ki, Tehran özünün raket proqramını və ölkənin hərbi imkanlarını genişləndirməkdə davam edəcək.

ABŞ prezidenti Donald Trump sentyabrın 19-da BMT-nin Baş Assambleyasında çıxış edərkən İranı terrorçuluğu dəstəkləməkdə ittiham eləmiş və Tehran hökumətini “korrupsiyalaşmış dikdatura” adlandırmışdı.

İranla nüvə sazişinə gəldikdə isə Trum xəbərdarlıq etmişdi ki, “biz sonda nüvə proqramının qurulmasını pərdələyən sazişə əməl edə bilmərik”.

Trump dünya gücləri ilə İran arasında 2015-ci ildə imzalanmış bu nüvə sazişini yenə də “ən pis razılaşma” adlandırıb.

Bu sazişdə İranın nüvə proqramını dayandırması,əvəzində ona qarşı beynəlxalq sanksiyaların qaldırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG