Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 06:37

Amerikalıların çoxu əmindir ki, Rusiya ABŞ-da seçki prosesinə təsir edə bilib


U.S. -- The headquarters of the Federal Bureau of Investigation (FBI) is seen in the reflection of a souvenir shop in Washington, May 10, 2017

Amerikalıların çoxu müəyyən qədər əmindir ki, Rusiya “Facsbook” və digər social şəbəkələrlə ABŞ-da seçki prosesinə təsir edə bilib.

CNN televiziyasının sifarişi ilə keçirilən sorğuda iştirak edənlərin 54 faizi belə hesab edir.

Rəyi soruşulanların 40 faizi isə hesab edir ki, Rusiyanın seçkilərə təsiri həddən artıq şişirdilib.

Partiya mənsubiyyətinə görə Respublikaçıların cəmi 15 faizi, demokratların 95, müstəqil seçicilərin isə 55 faizi bu fikirlə bölüşür.

Bundan əvvəl “Facebook”da verilən məlumata görə, Rusiyanın “İnternet-tədqiqat agentliyi” ABŞ-da keçirilən seçki kampaniyası zamanı ictimai rəyi manipulyasiya etmək üçün saxta hesablarla 3 mindən çox ödənişli elanlar yerləşdiribmiş.

ABŞ senatının kəşfiyyat komitəsigələn ay bununla bağlı açıq dinləmələr keçirməyi planlaşdırır.

ABŞ prezidenti Donald Trum, özünün “Tvitter” səhifəsində bu məlumatın “Rusiya ətrafında mif yaratmağa” yönəlmiş növbəti nümunə olduğunu bildirib.

Həmçinin Kreml ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG