Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:29

Özbəkistanda rüşvət verən Telia 1 milyard dollar cərimələndi


Özbəkistanda Gulnara Karimova ev dustağıdır

ABŞ prokurorları sentyabarın 22-də bildiriblər ki, İsveçin Telia telekom şirkəti Özbəkistanda rüşvət ittihamı ilə bağlı cinayət işini yoluna qoymaq üçün 1 milyard dollar cərimə verməyə razı olub.

Həmin rüşvət işi Özbəkistanın keçmiş prezidenti İslam Karimovun qızı Gulnara Karimovanın cəlb olunduğu çoxmilyonluq qalmaqalla bağlıdır.

ABŞ müstəntiqlərinin bildirdiyinə görə, Telia və onun Özbəkistandakı şirkəti Özbəkistan rəsmisinə 330 milyon dollar rüşvət veriblər.

Mətbuat üçün ayrıca bəyanatda ABŞ prokurorları bildirirlər ki, “həmin şəxs yüksək rütbəli hökumət rəsmisinin qohumu idi və Özbəkistanın telekommunikasiya tənzimləməsinə böyük nüfuzu var idi.”

Burda ad çəkilməsə də Özbəkistanda, eləcə də kənardabu işlə tanış olanlar bu şəxsi Gulnara Karimova kimi tanıyır.

Gulnara Karimova hazırda Özbəkistanda ev dustağıdır.

Telia Özbəkistanda rüşvətdə ittiham olunan yeganə şirkət deyil.

Nidelandda qərarlaşan VimpelCom şirkəti fevral ayında ABŞ və Niderland prokurorlarının Özbəkistanda rüşvət vermə ittihamlarını yoluna qoymaq üçün 795 milyon dollar ödədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG