Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Garo Paylan: "Mən körpü yaratmaq istəyirəm"


Garo Paylan

“Dondurulmuş vəziyyət erməni-türk əlaqələrinə böyük ziyan vurur”.

Bunu sentybarın 22-də Yerevanda jurnalistlərə Türkiyənin Kürd Demokratik partiyasından erməni deputat Garo Paylan deyib.

O bildirib ki,onun Yerevana səfəri həm də bu əlaqələrin durumu ilə bağlıdır.

O deyib: “Mən dialoq üçün körpü yaratmaq istəyirəm. Bu regionda millətçilik dalğası qalxır. Biz, demokratlar, bu işdə böyük məsuliyyət daşıyırıq”

Garo Paylan Yerevana 6-cı Ümumerməni forumunda iştirak üçün sentyabrın 18-də gəlib.

Paylan sentybarın 22-də deyib ki, "hazırda Ermənistan-Türkiyə münasibətlərində qapı açıqdır, bir az güc vermək lazımdır ki, tam açılsın. Ermənistan indiki dövrdə, görürəm ki, özünə daha çox arxayındır. Ermənistan dialoqa hazırdır, ancaq Türkiyə də hazır olmalıdır. Dialoqa qapı həmişə açıq olmalıdır. Məm Türkiyəyə qayıdanda nazirlərlə danışacam və dialoq qapısının açıq olmasına səy göstərəcəm."

Günün bütün mövzuları

XS
SM
MD
LG