Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 08:16

Ermənistanın baş naziri deyir ki, rus dilinin tədrisi konsepsiyasına göstəriş verməyib


Karen Karapetian

Ermənistanın baş naziri Karen Karapetyan sentyabrın 21-də jurnalistlərə deyib ki, rus dilinin tədrisi konsepsiyasının hazırlanmasına göstəriş verməyib.

Həmin konsepsiya sentybarın 11-də qanunvercilik aktları layihələri portalında dərc olunub. Sənəddə deyilir ki, baş nazir Karapetyanın göstərişi ilə Təhsil Nazirliyi belə bir konsepsiya hazırlayıb.

Layihədə deyilir ki, rus dilinin öyrənilməsi Ermənistanda əsas məsələlərdən biridir.

“Biz xarici dilli məktəblərin yenidən açılmasının əleyhinəyik” adlı təşəbbüs qrupunun üzvü Armen Hovannesyan Azadlıq Radiosunun erməni xidmətinə verdiyi izaha görə, baş nazir Karapetyan bu konsepsiyanı geri çağıracaq, konsepsiya isə əslində ondan əvvəlki baş nazir Ovik Abramyanın vaxtında hazırlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG