Keçid linkləri

Təcili xəbərlər
2018, 28 May, Bazar ertəsi, Bakı vaxtı 11:38

Milli Məclisdə gender bərabərliyi müzakirə edilir


Milli Məclis

Bu gün, sentyabrın 22-si Milli Məclisdə «Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə «Şərq Tərəfdaşlığı» ölkələri parlamentlərinin cəlb edilməsi» mövzusunda konfrans başlayıb.

APA-nın xəbərinə görə, konfrans Milli Məclis, Avronest Parlament Assambleyası (PA), Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun (BMT) birgə təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri ətrafında müzakirələr nəzərdə tutulur.

F.Muradov vurğulayıb ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır:

«Bu bizim inkişafımıza mane olan səbəblərdəndir. 1 milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadın, 5 faizini isə uşaqlar təşkil edir. Bizim məqsədimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir».

Konfrans çıxışlarla davam edir.

Tədbirdə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Armen Ashotian və deputat Mane Tandilian da iştirak edirlər.

XATIRLATMA

Avronest Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» proqramına daxil olan ölkələrin Parlament Assambleyasıdır. Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna daxildir.

«Şərq Tərəfdaşlığı» Proqramının əsası 2009-cu ildə qoyulub. Məqsəd bu 6 keçmiş sovet respublikasını Avropa Birliyinə daha da yaxınlaşdırmaq, inteqrasiya etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG