Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 07:30

Rusiyanın Rastov-Don şəhərində 10 mərtəbəli bina yanır


Foto arxiv

Rusiyanın Rastov-Don şəhərində 10 mərtəbəli bina yanır.

Bu barədə sentyabrın 21-də Rusiyanın vesti.ru və digər internet portalları məlumat yayıb.

Şahidlərin sözlərinə görə, yanan bina biznes mərkəzidir, şəhər administrasiyasının ətrafında yerləşir.

Başqa məlumatlara görə isə bu binada otel yerləşir.

Yerli kütləvi informasiya vasitələrinin şahidlərə istinadla yaydıqları məlumatlara görə insanlar pəncərələrdən özlərini atırlar.

KİV-lər hadisə yerindən video da yayıblar.

“İnterfaks” agentliyi isə xilasedici xidmətə istinadla ölən və ya xəsarət alanlar barədə hazırda məlumat olmadığını və insanların evakuasiya olunduğunu xəbər verir.

Həmçinin ətrafda dayanmış 5 avtomobilin yandığı xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG