Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 06:03

Ermənistan müdafiə nazirliyinin generalına qarşı ittihamlar geri götürülüb


Ermənistan Müdafiə Nazirliyi

Ermənistanın hüquq-mühavizə orqanları müdafiə nazirliyinin ötən il vəzifədən kənarlaşdırılmış yüksək vəzifəli məmuruna qarşı korrupsiya ittihamını dayandırıb.

Bu barədə sentyabrın 20-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

General Melsik Cilingarian 2016-cı ilin mayında vəzifədən kənarlaşdırıldıqdan 10 gün sonra həbs olunub.

O, naziriyin silah-sursat departamentinin rəhbəri idi.

Bu şöbə, silah və sursatların saxlanması, onların təmiri və təhcizatı ilə məşğuldur.

Bu işlə bağlı Cilingarianın tabeçiliyində olanlardan biri polkovnik Armen Markanyan həbs edilib.

O, ordunun nəqliyyat vasitələrinə cavabdeh idi.

Ermənistanın istintaq komitəsi onların ikisini də dələduzluq və mənimsəmə (300 min dollar) maddələri ilə ittiham edirdi.

İndi müstəntiqlər deyir ki, dövlət vəsaitinin mənimsənilməsinə görə, yalnız Markarian cavabdehlik daşıyır.

İstintaq komitəsinin sözçüsü Sona Truzianın sözlərinə görə, aparılan geniş araşdırmalar zamanı generalın korrupsiya və ya digər pozuntulara yol verməsi barədə sübutlar tapılmayıb.

Mənbə yazır ki, Cilingariana qarşı ittihamlar geri götürülsə də vəzifəsinə bərpa olunmayıb və hazırda nazirliyin məsləhət orqanlarından birində oturur.

Cilingarian vəzifədən, müdafiə nazirinin müavini Alik Mirzabekian , kəşfiyyat xidmətinin rəhbəri general Arshek Karapetian və ordunun kommunikasiya hissəsinin komandanı Komitas Muradianın vəzifədən kənarlaşdırılmalarından sonra azad edilib.

Ermənistanın müdafiə nazirliyində bu kadr dəyişiklikləri 2016-cı ilin aprekində Dağlıq Qarabağda gedən 4 günlük irimiqyaslı hərbi əməliyyatlardan sonra baş verib.

Amma Cilingarian və İstintaq komitəsinin rəsmiləri generala qarşı cinayət işinin aprel döyüşləri ilə bağlı olmadığını təkid edirlər.

Mənbə yazır ki, aprel döyüşləri Ermənistan ordusunun döyüş qabiliyyətini sual altında qoydu.

Həmçinin tənqidçilər hesab edir ki, hücum zamanı təmas xəttindəki erməni qüvvələrində lazımınca müasir silah və ya digər hərbi texnikalar olmayıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG