Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:04

Rusiyanın nümayəndələri Litva prezidentinin BMT-də çıxışından əvvəl zalı tərk ediblər


Foto arxiv

Rusiyanın BMT Baş Assambleyasındakı nümayəndə heyəti Litva prezidenti Dali Gribauskayte-nin çıxışından əvvəl iclas zalını tərk edib.

Bu barədə sentyabrın 21-də www.currenttime.tv saytı məlumat yayıb.

Litva prezidenti bundan əvvəl Rusiya ilə Belarusun keçirdikləri birgə “Zapad-2017” hərbi təlimlərindən narahatlıq bildirmişdi.

BMT-də çıxış edərkən isə deyib ki, Rusiya Qərb ölkələrinə hücuma hazırlaşır.

ABŞ prezidenti Donald Trum isə BMT-də çıxış edərəkən Şimali Koreyanın nümayəndələri iclas zalını tərk edib.

Trump bu ölkəni “tam məhv etməklə” hədələyib, həmçinin İranla Venesuelanı tənqid edib və BMT ölkələrini yer kürəsində sülhə nail olmaq üçün birgə əməkdaşlığa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG