Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 11:38

Ermənistanlı deputat Armen Ashotyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Azadlıq Radiosu Ermənistan xidmətinin sentyabrın 21-də verdiyi məlumata görə, səfərdə məqsəd, Avronest Parlament Assambleyası komitəsinin sentyabrın 22-də Bakıda keçiriləcək forumuna qatılmaqdır.

Forumun mövzusu “gender bərabərliyi və qadın sağlamlığı” olacaq.

Ermənistan nümayəndə heyətinə deputat Mane Tandilyan da daxildir. O, müxalifətdə olan “Yelk” partiyasını təmsil edir.

Avronest, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin Parlament Assambleyasıdır.

Bu praqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna daxildir.

“Şərq tərəfdaşlığı” Proqramının əsası 2009-cu ildə qoyulub.

Məqsəd bu 6 keçmiş sovet respublikasını Avropa Birliyinə daha da yaxınlaşdırmaq, inteqrasiya etməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG