Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:06

Avropa Birliyinin (AB) siyasət və təhlükəsizlik üzrə komitəsinin təmsilçiləri Azərbaycana gələcəklər. Qonaqların tərkibinə 28 üzv dövlətin nümayəndələri daxil olacaqlar.

Avropa Birliyinin Azərbaycan nümayəndəliyinə yeni səfir təyin edilmiş Kęstutis Jankauskas jurnalistlərə bildirib ki, nümayəndə heyətinin Bakıya gəlişi oktyabrın 3-nə planlaşdırılır.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Yaxın günlərdə Azərbaycanla Avropa Birliyi arasında danışıqların növbəti mərhələsi keçirilməlidir. Həmin danışıqlar Brüsseldə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG